"Ukrayna müharibəsində Böyük Britaniyanın rol alması müharibənin gedişini dəyişəcək. Ukrayna Rusiya müharibəsi yaz aylarında danışıqlar prosesinə keçə bilər. Xüsusilə ABŞ prezidenti D. Tramp müharibənin dayandırılması istiqamətində ciddi addımlar atmayacaq. Rusiya mart ayına kimi yeni ərazilər ələ keçirmək üçün hücum əməliyyatlarını intensivləşdirəcək.
Avropa ölkələrinin isə gələn ildən Ukraynaya döyüşçülər göndərməsi istiqamətində konsensusa gəlməsi gözlənilir. Müharibə Rusiyanın üstünlüyü ilə davam edəcəksə, Avropa ölkələrinin təhlükəsizliyi təhdid altında olacaq".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Avropa ölkələri Trampın Ukrayna siyasətindən narahatdır: "Əgər, Vaşinqton Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Avropa İttifaqı ilə və ABŞ-la münasibətləri zəifləyəcək. Ukrayna müharibəsində həlledici dövlət Böyük Britaniyadir. Avropa ölkələrinin Ukrayna müharibəsi ətrafında vahid şəkildə birləşməsinə Londonun mühüm addımlar atması gözlənilir. Bunun Rusiya üçün ciddi nəticələri olacaq. ABŞ-ın formalaşdırdığı "Ramştaym" formatı özünü doğrultmadı. 50+ ölklərini birləşdirən Ramştaym formatı Vaşinqtonun layihəsi idi".
M.Əsədullazadə vurğulayıb ki, ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır: "Ona görə də ABŞ müharibənin dondurulması istiqamətində addımlar atması istisna deyil. Böyük Britaniya Ukrayna müharibəsində yeni rol alacaqsa, Rusiyanın məğlubiyyəti qaçılmaz ola bilər".
Məğrur,
Sitat.info