"ABŞ yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-dən səlahiyyətlərinə başladıqdan sonra onun əsas xarici siyasətində Yaxın Şərqdə İran və İsrail məsələləri, Rusiya -Ukrayna müharibəsi və Çin məsələsi olacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Tramp ABŞ-ın qəbul edilmiş fundamental xarici siyasət strategiyasını dəyişib, izolyasiya siyasətinə qayıdarsa, bu Rusiya və Çinin beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə gətirirb çıxara bilər: "Ona görə də Tramp qəbul edilmiş xarici siyasət strategiyasını dəyişə bilməz. Cənubi Qafqaz regionu ilə bağlı Trampın siyasəti isə əsasən Türkiyə ilə koordinasiyalı olacaq".
M.Əsədullazadə əlavə edib ki, ermənilərin Qarabağa qayıtması da Demokratlardan fərqli olaraq, Trampın gündəliyində yoxdur: "Xüsusilə Trampın Qarabağdan köçən ermənilərin geri qaytarmaq barədə qeydləri manipulyasiyadir və belə bir məsələlər danışıqlar predmeti ola bilməz. Ermənistan hakimiyyəti ermənilərə vətəndaşlıq verir. Tramp Azərbaycanla Ermənistan arasında sülh prosesini də müzakirə etməyəcək. Onun üçün əsas prioritet Rusiya və Ukrayna müharibəsi və İran məsələsi olacaq. Təbii ki, burada sülh deyil, müharibə variantı gündəmədə olacaq".
Məğrur,
Sitat.info