Ermənistan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək.
Sitat.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
Onun sözlərinə görə, İrəvan KTMT-nin sammitində iştirak etməsə də, planlaşdırılan sənədlərin qəbul edilməsinə etiraz etmir.
Qeyd edək ki, KTMT-nin sammitini noyabrın 28-də Astanada keçiriləcək.