Gürcüstanda etiraz aksiyaları Avropa İttifaqı tərəfindən idarə olunur..
"Gürcüstanda etiraz aksiyaları seçkinin nəticələrinə deyil, hökumətin Avropa İttifaqı ilə danışıqların rəsmən dayandırmasına görə başladı. Artıq Gürcüstan inqilabın astanasındadır. Bu etirazlara prezident Salomi Zurabaşvili başçılıq edir. Etirazların kütləvi hal almasında baş nazir Kobaxidzenin Avropa İttifaqı ilə danışıqları rəsmən dayandırması və qrantlardan imtina etməsi ilə bağlı qərar əsas rol oynadı.
Gürcüstanda etirazlara ABŞ deyil, Avropa İttifaqı dəstək verir. Gürcüstan hökumətinin 20 il oturuşmuş avrointeqrasiya siyasətindən imtina edərək, radikal şəkildə dönüş etməsi Gürcüstan əhalisinin küçələrə çıxmasına səbəb oldu. Halbuki seçki günü və ondan sonrakı proseslərdə etirazlar bu qədər kütləvi deyildi və hökumət arxayın olaraq daha da radikal qərarlar qəbul etdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, hökumət bu dərəcədə sərt kütləvi gözləmirdi: "Boz kardinal B.İvanaşvili hesab edirdi ki, xarici agentlər haqqında qanunun qəbulunda hökumətə ciddi etiraz olmadı. Seçkidə müxalifət zəif oldu. Məhz xalq seçkinin nəticələri ilə müəyyən qədər hesablalaşmışdı. İndiki Gürcüstanda etiraz seçkinin nəticələrinə etiraz deyil, hökumətin avrointeqrasiya siyasi kursundan imtinasına qarşı keçirilən kütləvi etirazlardır. Halbuki hökumət buna rəvac verməyə bilərdi".
M.Əsədullazadə hesab edir ki, əgər, Gürcüstanda etiraz aksiyaları hökuməti istefaya göndərərsə, prezident yeni aralıq hökumət təsis edib, seçkilərə gedəcək: "M. Saakaşvili həbsdən çıxarıb, onun siyasətə dönüş etməsinə şərait yarada bilər. Etirazlara sərt güc tətbiq edilsə, aksiyaların daha ciddi xarakter alması mümkündür. Gürcü Arzusu hökuməti səhv hesablamalar aparaq, tez qərarlar verdi".
Məğrur,
Sitat.info