Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində etiraz aksiyası davam edir.
Sitat.info xəbər verir ki, etirazçılar əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutublar.
Parlament binasına bitişik küçələrdə polis əməkdaşlarının səfərbər edildiyi bildirilir.
Qeyd edək ki, Gürcüstanda etirazlar hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarından sonra başlayıb.
Tbilisidə və respublikanın digər şəhərlərində etiraz aksiyaları artıq yeddinci gündür ki, davam edir. Gürcüstanın paytaxtında son günlər hər gecə nümayişçilərlə polis arasında qarşıdurma baş verir.