Rusiya ordusu işğal etdiyi Krımdan ballistik əməliyyatlara başlayıb.
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sumı vilayətinin Konotop şəhərinə hücum edilib. Saat 06:17 radələrində kənddə partlayış səsləri eşidilib.
Şəhərin meri Artem Semenixin bildirib ki, işğalçı ölkə müvəqqəti olaraq işğal altında olan Krımdan ballistik raket hücumuna başlayıb.
Raketlər Konotop şəhərinin kənar ərazilərinə düşüb. Ciddi ziyan dəymədiyi bildirilir.
Səid,
Sitat.info