Suriya Prezidenti Bəşər Əsəd öz xalqı ilə barışmaq üçün cəhd göstərməyib.
Sitat.info xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib.
O bildirib ki, siyasi həll tapılmasa, vətəndaş müharibəsinin Suriyanın ərazi bütövlüyünü təhdid edəcəyindən narahatdır.