Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

17:40 12 Dekabr 2024

Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa Şurasının baş katibi Alen Berse arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Tərəflər Ermənistan-AŞ tərəfdaşlığı, eləcə də regional sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Bundan başqa, Ermənistan və Azərbaycan arasındakı sülhlə bağlı fikir mübadiləsi aparılıb.



Xəbər xətti