Rusiya Azərbaycan xalqından üzrxahlıq etməlidir - Tural Abbaslı

Rusiya  Azərbaycan xalqından üzrxahlıq etməlidir - Tural Abbaslı
TƏHLİL 27 Dekabr 2024 16:08

İlkin istintaqın məlumatı, şahidlərin ifadələri, eyni zamansa təyyarənin korpusunda olan izlər onu deməyə əsas verir ki,təyyarə vurulub. 

Bu sözləri Sitat.info-ya açıqlamasında AĞ partiya başqanı Tural Abbaslı deyib.

Onun sözlərinə görə, Rusiyanın bunu bilərəkdən etmədiyi güman edilir: "İnanmıram ki, indiki məqamda, bütün dünya ilə düşmən olduğu bir məqamda yeganə mütəffiqi olan Azərbaycanla arasını vurmaq istəsin və bunu bilərəkdən etsin. Mümkündür ki, qeyri-peşəkarlıq olub. Nəzərə alsaq ki, bu hadisə Çeçenistan üzərində olub və Çeçenistan da Kadırovun qohum-əqrəbasıyla doludur. Onların nə qədər peşəkar olması ayrı məsələ, amma qəsdən vurulmadığını düşünürəm".

T. Abbaslı hesab edir ki, istənilən halda Rusiya Azərbaycan xalqına üzr borcludur: "Amma istənilən halda Rusiya bunu qəbul etməlidir və üzrxahlıq etməlidir. Azərbaycan xalqından üzr istəməlidir. Eyni zamanda dəymiş maddi zərəri qarşılamalıdır. Biz də partiya olaraq bunu tələb edirik".

Fatima Zeynal,

Sitat.info