Şimali Koreya lideri Kim Çen İn ölkədə bəzi yeni qadağalar tətbiq edib.
Sitat.info xəbər verir ki, Şimali Koreya lideri ölkədə hot-doq yeməyini və cütlərin boşanmasını qadağan edib.
Kim Çen İn hot-doqu qərb yeməyi hesab etdiyndən onu yeyənləri xəyanətkar kimi cəzalanacağını bildirib. Hətta evlərində sosiska yeyənlərin əmək düşərgələrinə göndərildiyi bildirilir.
İngiltərənin “The Sun” qəzetinə danışan ölkənin şimalındakı Ryanggangda bir şəxs “Bazarlarda budae-jjigae satışı qadağandır” deyib. Budae-jjigae Koreya və Amerika mətbəxinin qarışığı kimi tanınır. Bu yeməyə Koreya mətbəxindən kimçi, bulyon, noxud daxildir və kolbasa da istifadə olunur.
Digər tərəfdən, Kim Çen İnin boşanan cütlükləri də cinayətkar hesab edərək əmək düşərgələrinə göndərdiyi bildirilir. İddialara görə, boşanan cütlüklər 6 aya qədər əmək düşərgələrində saxlanılır.