Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

10:21 8 Yanvar 2025

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,19% artaraq 79,63 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,48 dollar təşkil edib.



Xəbər xətti