İmamoğlunun Dəməşqə səfəri ləğv edildi: İlk Ərdoğan gedəcək...

17:56 10 Yanvar 2025

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu Dəməşq Valiliyinin Türkiyə Bələdiyyələr Birliyinin (TBB) Suriyaya səfərini ləğv etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Dəməşqə mənim şəxsi səfərim deyil. TBB və İBB adından nümayəndə heyətləri Dəməşqə gedəcəkdi. Bazar gününə vaxt təyin edilmişdi. Ancaq Dəməşq Valiliyi TBB heyətinin səfərini ləğv etdi. Bildirildi ki, sözügedən səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dəməşqə səfərindən sonra baş tutacaq. Mən bu ləğvi qəbul etmirəm, bu çox yanlış mövqedir”, - İmamoğlu bildirib.



Xəbər xətti