Beş xarici şirkətin Azərbaycana quş əti məhsulları ixrac etməsinə məhdudiyyət qoyulub.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, Belarusun “Птицефабрика Городок”, Rusiyanın “Индюшкин Двор” və “Невинномысский Мясокомбинат”, Ukraynanın “Птицекомплекс Губин”, Gürcüstanın “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.