İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhəri yaxınlığında polis təlim təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, 3 ekipaj üzvü həlak olub.
Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsi Rəşt şəhəri yaxınlığında qəzaya uğrayan təlim təyyarəsi ilə bağlı açıqlama verib.
Pilot və uçuş mühəndisi, Rəşt şəhəri yaxınlığında qəzaya uğrayan yüngül təlim təyyarəsində həyatını itirib.
Qəzaya səbəbin texniki nasazlıq olduğu bildirilsə də, təyyarənin modeli ilə bağlı məlumat paylaşılmayıb.