ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İrana qarşı “maksimum təzyiq strategiyasına” qayıtmağı düşünür.
Sitat.info xəbər verir ki, bu barədə "Blumberq" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton bu ilin fevralında Tehrana qarşı genişmiqyaslı sanksiyalar paketini qəbul edə bilər. Sanksiyaların İrandan neft alan şirkət və ölkələrə də aid ediləcəyi gözlənilir.