Türkiyə Radio və Televiziya Qurumu (TRT) Suriyanın paytaxtı Dəməşqdə nümayəndəlik açacaq.
Sitat.info xəbər verir ki, beləliklə, TRT-nin xarici təmsilçilərinin sayı 19-a yüksələcək.
TRT-nin baş direktoru Mehmet Zahid Sobacının göstərişi ilə Dəməşqdə TRT-nin xarici nümayəndəliyinin açılması üçün işlərə başlanılıb.
Bu çərçivədə nümayəndəliyin akkreditasiyası və rəsmi proseslərlə bağlı Suriya İnformasiya Nazirliyi ilə müzakirələr aparılıb.
Lazımi icazələr alındıqdan sonra TRT-nin Dəməşq nümayəndəliyi fəaliyyətə başlayacaq və hadisələri məkandan dünyaya çatdıracaq.
Dəməşq nümayəndəliyinin açılması ilə TRT-nin xarici təmsilçilərinin sayı 19-a yüksələcək.
Məğrur,
Sitat.info