Trampın son açıqlaması ilə Avropada qazın qiyməti qalxdı

14:59 21 Yanvar 2025

ABŞ prezidenti yeni LNG (mayeləşdirilmiş təbii qaz) ixrac lisenziyalarının verilməsinə qoyulmuş moratoriumu ləğv edib.

Sitat.info xarici mediaya istinadən məlumat verir ki, bundan sonra Avropada təbii qazın qiyməti artıb. Treyderlər ABŞ-ın ixracı artırmaq planları fonunda daha bir sıx tədarük ili üçün perspektivləri qiymətləndirdilər.

Bloomberg xəbər verir ki, fyuçers ticarətin başlanğıcında 1,6% dalğalandıqdan sonra bahalaşıb.

Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir ki, Avropada mayeləşdirilmiş təbii qaza tələbatın 2025-ci ildə 15%-dən çox artacağı gözlənilir, eyni zamanda qlobal qaz bazarında balans kövrək olaraq qalır.

Bu o deməkdir ki, daha çox yük cəlb etmək üçün qiymətlər daha uzun müddət artacaq. Bununla belə, ABŞ prezidenti Donald Tramp yeni ixrac lisenziyalarının verilməsinə qoyulmuş moratoriumun ləğvi ilə uzunmüddətli tədarüklə bağlı bəzi narahatlıqları aradan qaldırdı. 

Bununla belə, bazara hər hansı təsir yeni layihələrin işə düşməsi ilə baş verə bilər və bu il Avropa üçün hələ də çətin olacaq. Çünki tələbatı ödəmək  daha çox LNG tələb edir, xüsusən də Rusiya qazının Ukrayna vasitəsilə tranzitini itirdikdən sonra.

Tramp cəza rüsumlarından qaçmaq üçün yenidən Avropa İttifaqını daha çox Amerika nefti və qazı almağa çağırıb. ABŞ artıq Avropanın ən böyük LNG tədarükçüsüdür.

Tehran,

Sitat.info 



Xəbər xətti