"Çin Rusiyanın enerji resurslarının ən böyük alıcısıdır" - Putin

16:10 21 Yanvar 2025

Kreml Putin və Çin sədri Si Cinpin arasında videokonfrans görüşünün təfərrüatlarını paylaşıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı Putin Rusiya ilə Çin arasındakı əlaqələrin sürətlə inkişaf etdiyinə diqqət çəkib.

 "Moskva ilə Pekin arasındakı əməkdaşlıq milli maraqlar və böyük güclər arasındakı münasibətlərin necə olmalıdır, buna dair oxşar yanaşmalar üzərində qurulub" - deyə Putin bildirib. 

Putin qeyd edib ki, ötən il Rusiya-Çin münasibətləri üçün son dərəcə məhsuldar olub, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də keçirilən sammitlərdə faydalı məsləhətləşmələr aparılıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və G20 kimi təşkilatlarda koordinasiyalı fəaliyyət göstərdiklərini vurğulayan Putin bu sözləri deyib:"Biz birlikdə daha ədalətli, çoxqütblü dünya nizamının qurulmasını müdafiə edirik və Avrasiya məkanında, regionda və bütövlükdə dünyada bölünməz təhlükəsizliyi təmin etmək üçün çalışırıq". 

Putin həmçinin,  xarici müdaxilələrə baxmayaraq, ikitərəfli ticarət həcminin yaxşılaşdığına diqqət çəkib: "Keçən ilin ilk 11 ayında ticarət həcmimiz 7 faiz artaraq 220 milyard dolları keçdi. Çinin məlumatlarına görə, bu, keçən il ümumilikdə 245 milyard dollara çatdı. Çin bizim əsas ticarət tərəfdaşımızdır və Rusiya da Çinin beşinci ən böyük ticarət tərəfdaşıdır. Rusiya qazını Çinə daşıyan “Sibirin Gücü” boru kəmərinin 5 il əvvəl fəaliyyətə başladı. Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır. Biz Çinə neft ixracına görə birinci yerdəyik”.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti