Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti, “Sözcü” qəzetinin yazarı Nedim Türkmen və ailə üzvləri – arvadı, oğlu və qızı da həlak olub.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.Türkmen 2009-2014-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.