Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunun Aydınlı məhəlləsində sərnişin mikroavtobusu təxminən 20 metr hündürlükdən çay yatağına düşüb.
Sitat.info xəbər verir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib, 15 nəfər isə müxtəlif dərəcələrdə yaralanıb.
Hadisə barədə dərhal xəbərdar edilən polis, xilasetmə və sağlamlıq qrupları hadisə yerinə cəlb edilib. Müdaxilə edən qrupların yardımı ilə yaralılar yaxınlıqdakı xəstəxanalara təxliyə olunub.