Hindistanın Maharaştra ştatında silah fabrikində baş verən partlayış nəticəsində azı 8 nəfər ölüb, 7 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, bunu ştatın Baş naziri Nitin Qadkari deyib.
Partlayış nəticəsində zavod binasının dam örtüyü uçub. Dağıntılar altından 14 nəfər xilas edilib. Hadisə yerində xilasedicilər işləyir. Partlayışın səbəbi hələ müəyyən edilməyib.
Faktla bağlı araşdırmalara başlanılıb.