Şəkidə məktəb binasında yanğın olub

16:17 27 Yanvar 2025

Şəki şəhərinin Küdürlü kəndində yanğın olub.

Sitat.info FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti