Zaqatalada 27 yaşlı oğlan xəstəxanada öldü

16:12 30 Yanvar 2025

Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb.

Sitat.info xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək temperaturla Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 27 yaşlı Ə. Əliyev bu gün xəstəxanada dünyasını dəyişib.

Onda xəstəxanaya daxil olmazdan əvvəl 3 gün yüksək hərarət müşahidə olunduğu, temperatur düşmədiyi üçün xəstəxanaya müraciət edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Zaqatala rayon Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) yanvarın 25-də saat 13:15 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə "pnevmoniya" diaqnozu ilə daxil olub. Qeyd olunub ki, eyni tarixdə Terapiya şöbəsinə hospitalizasiya olunub, müayinə zamanı xəstədə "Gilyen Bar sindromu", "proqressivləşən polineyropatiya" aşkarlanıb: "Yanvarın 26-da saat 01:10 radələrində Reanimasiya şöbəsinə hospitalizasiya olunub, oksigen aparatına qoşulub, "proqressivləşən tetraparez", "Bulbar sindromu" diaqnozları təyin edilib, vəziyyəti kritik ağır olaraq dəyərləndirilib. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 30 yanvar saat 08:10 radələrində ölüm faktı qeydə alınıb".



Xəbər xətti