"Putinə Ukraynda idarə oluna bilən bir marionet prezident lazımdır" - Zelenski

12:40 5 Fevral 2025

Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsinə də toxunub. 

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Putinin onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətində olduğunu ifadə edib. 

Zelenskinin fikrincə, özünü hakimiyyətdə olması Rusiyanın planlarına “uyğun deyil”: "İddialara görə, işğalçılara Ukraynada hakimiyyətdə idarə oluna bilən bir marionet lazımdır. Müharibədən əvvəl onların artıq bizim parlamentdə nüfuzu var idi. Onlar ən böyük siyasi partiyalardan birinə nəzarət edirdilər və Ukraynanın Avropa yolunu seçməsinin qarşısını almaq üçün hər şeyi etdilər". 

Zelenski deyib ki, yeni seçkilər yalnız müharibənin qaynar mərhələsi başa çatdıqdan və hərbi vəziyyətin ləğvindən sonra baş tutacaq: "Putinin istədiyi məhz budur. Axı hərbi vəziyyət aradan qaldırılarsa, ukraynalı hərbçilər evlərinə qayıdacaqlar və o zaman Ukraynanı müdafiə edən olmayacaq".

Nigar,

Sitat.info



Xəbər xətti