TƏBİB və DİN Neft Emalı Zavodundakı yanğınla bağlı məlumat yaydı

10:55 5 Mart 2025

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft Emalı Zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

***

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya bildirilib ki, ərazi polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

***

Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

 



Xəbər xətti