Yük maşını evə çırpıldı: xəsarət alan var - Foto

14:08 8 Mart 2025

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Sİtat.info APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Şaqman" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Qəza zamanı yük maşını aşıb, yük yerində olan torqaq əraziyə dağılıb. Həmçinin evin hasarı uçub. Yük maşının evin hasarına çırpılması zamanı 1 nəfər yüngül xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün sərt döngədə düzgün manevir etməməsi olub.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti