22 yaşlı şahzadə vəfat etdi

09:50 10 Mart 2025

Lüksemburq şahzadəsi Frederik 22 yaşında vəfat edib.

Sitat.info  “gazeta.ru”ya istinadən xəbər verir ki, bununla bağlı onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya rəsmi açıqlama verib.

Frederik martın 1-də maddələr mübadiləsinə təsir edən nadir genetik xəstəlik olan mitoxondrial xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, ona 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, hüceyrə orqanoidlərinin - mitoxondrilərin disfunksiyası nəticəsində yaranan bir xəstəlikdir.

 




Xəbər xətti