"Bu nəticə "Qarabağ"la oyunumuza təsir etməyəcək" - "Omoniya"nın baş məşqçisi

23:07 27 Sentyabr 2021

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın (Kipr) baş məşqçisi Henniq Berq Ağdam təmsilçisi ilə keçirəcəkləri ilk matç barədə danışıb. 

Qol.az xəbər verir ki, 52 yaşlı mütəxəssis yerli çempionatın 4-cü turunda “Pafos”la heç-heçə etdikləri oyundan sonra açıqlamasında deyib:

"Bu görüşün nəticəsinin "Qarabağ"la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram. Hazırda bu barədə düşünmürük. Komandamızın müdafiədə yaxşı olduğunu düşünürəm, hücumda isə daha kəsərli olmalıyıq. "Qarabağ"la oyunu səbrsizliklə gözləyirik".


Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda keçiriləcək  "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Xəbər xətti