İranın hüquqi məsələlər üzrə vitse-prezidenti Məcid Ənsari hökumətin məcburi hicab qanununu indiki formada tətbiq etməyəcəyini və qanunun düzəlişlərlə birlikdə parlamentə göndəriləcəyini bildirib.
Sitat.info-nun Tasnim-ə istinadən məlumatına görə, prezidentin hüquqi məsələlər üzrə müavini Ənsari ölkədə əhalinin böyük bir hissəsinin qəzəbinə səbəb olan məcburi hicab qanunu ilə bağlı açıqlama verib.
Ənsari əvvəlki hökumət dövründə hazırlanan qanunun bəzi hissələrinin icra oluna bilməyəcəyini bildirib: "Ölkənin maraqları naminə icra hakimiyyəti bu qanuna dəyişiklik Prezidentin Hüquq İdarəsi tərəfindən hazırlanaraq parlamentə göndərilənə qədər qanunun dərcini müvəqqəti olaraq əngəlləmək qərarına gəldi”.
Qanunun icrasını tələb edən umühafizəkar qruplar tərəfindən təşkil edilən "icazəsiz" nümayişlərə və kampaniyalara işarə edən Ənsari bunları qeyd edib: "Seçkidən 8 aydan çox vaxt keçib, indi təbliğat mərkəzinizi bağlayın. Hökumət liderlərin dəstəyi ilə problemləri həll etməyə çalışdığı halda, bəziləri niyə digərlərini kənarda qoyur? Bu ölkədə hansı məmur hicaba inanmır? Biz bu məsələ ilə bağlı işimizi davam etdiririk. Niyə cəmiyyətin dincliyini pozursan, hər gün çirkin işlər görürsən? İndi bunun vaxtı deyil".
Aytac,
Sitat.iinfo