Azdramda dava nəyin üstündə düşüb? - Açıqlama

13:49 8 Aprel 2025

Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi ilə bağlı iki aktyor arasında müəyyən fikir ayrılığı və gərginlik yaşanıb.

Bu barədə Kult.az-a Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.

Onun sözlərinə görə, hadisə tamaşanın afişası, rejissorun səhnə işinə yanaşması və aktyor oyunu ilə bağlı yaradıcı məsələlərin müzakirəsi zamanı baş verib:

“Fikir ayrılığı sırf yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarı ilə davam edir. Eyni anda üç tamaşanın məşqi aparılır. Hüquq-mühafizə orqanlarına hər hansı müraciət faktı qeydə alınmayıb”.

Qeyd edək ki, bundan öncə teatrın Bədii Şurasının iclasında xalq artisti Əli Nurun çıxışının davaya səbəb olduğu xəbərləri yayılıb.



Xəbər xətti