Əsgərlikdən yenicə qayıdan gənci maşın vurdu - Foto

15:40 8 Aprel 2025

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Bəydili kənd sakini Tofiq Əliyev “Mercedes” markalı mikroavtobusla hərəkətdə olarkən həmkəndlisi 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Rauf oğlunu vurub.

Ağır xəsarətlər alan piyada sürücü tərəfindən rayon xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən qayıdıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti