Lökbatanda palçıq vulkanı püskürdü

13:47 9 Aprel 2025

Lökbatanda palçıq vulkanı püskürüb. 

Sitat.info Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, palçıq vulkanlarının seysmik monitorinqi şəbəkəsi tərəfindən növbəti püskürmə bu gün yerli vaxtla saat 04:04-də qeydə alınıb.

Püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada olub. Birinci faza yerli vaxtla 04:04-də, ikincisi 05:20-də, üçüncüsü isə 05:31-də qeydə alınıb.

Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.



Xəbər xətti