Oğuzda qəza: 4 qadın müəllim xəsarət aldı - Foto

15:55 10 Aprel 2025

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi olub.

Sitat.info xəbər verir ki, hadisə Oğuz-Padar-Böyük Söyüdlü yolunun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Qarabulaq kənd məktəbinin dörd qadın müəllimi xəsarət alıb. Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti