Əlcəzair hakimiyyəti 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Sitat.info xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Barro deyib.
“Əlcəzair hakimiyyəti 12 əməkdaşımızdan 48 saat ərzində Əlcəzair ərazisini tərk etməsini istəyib”, - o bildirib.
O qeyd edib ki, Əlcəzair Fransa ərazisində cinayət törətməkdə şübhəli bilinən üç Əlcəzair vətəndaşının saxlanmasına cavab olaraq diplomatları ölkədən çıxarır:
“Əlcəzairin bu addımı cavabsız qalmayacaq”.