ABŞ və İran arasında danışıqların ikinci raundunun harada keçiriləcəyi məlum oldu

12:48 14 Aprel 2025

ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı danışıqların növbəti raundu İtaliyanın paytaxtı Romada keçirilə bilər.

Sitat.info-nun verdiyi məlumata görə, bu barədə "Axios" mənbələrə istinadən məlumat verib.

Bildirilir ki, ABŞ və İran rəsmilərinin görüşü şəxsi formatda keçirilə bilər.

"Oman vasitəçiləri də görüşdə iştirak edə bilərlər", - deyə mənbədən qeyd edilib.

O da vurğulanır ki, ikinci görüşdən əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İrana gedəcək. Onun ölkədəki nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, danışıqların ilk mərhələsi bu il aprelin 12-si Omanda keçirilib. Bundan əvvəl ikinci mərhələnin də Omanda keçiriləcəyi güman edilirdi, lakin ABŞ tərəfi başqa məkan təklif edib.



Xəbər xətti