Araqçı Rusiyaya gedəcək

13:24 14 Aprel 2025

İranın xarici işlər naziri Abbas Araqçı bu həftə sonu Rusiyaya səfər edəcək.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai açıqlayıb.

Onun sözlərinə görə, səfər zamanı bir sıra məsələ ilə yanaşı, Omanda İran və ABŞ arasında keçirilən danışıqlar mövzusunda da konsultasiyalar həyata keçiriləcək.



Xəbər xətti