AQTA 2 aydır bir tomatı yoxlaya bilmir

23:59 14 Aprel 2025

“Bağdan” brendi ilə satışa çıxarılan tomat pastalarının kifli olması ilə bağlı məlumat vermişdik.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı bu ilin fevralın 12-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilmişdi. Sorğumuza verilən cavabda qurum məsələ ilə bağlı araşdırlamalara başladığını, nəticəsinin açıqlanacağını vəd etmişdi.

Lakin üstündən 2 aydan çox vaxt keçməsinə baxmayaraq, AQTA açıqlama yaymayıb, bu istiqamətdə bütün sorğularımız isə cavabsız qalıb.

Qeyd edək ki, bu münasibət AQTA-nın şəffaf fəaliyyət göstərməsinə dair əsaslı şübhələr yaradır.



Xəbər xətti