İraqda güclü qum fırtınası, 1800-dən çox insan boğuldu

09:50 15 Aprel 2025

İraqda güclü qum fırtınası 1800-dən çox insanın boğulma hallarına səbəb olub.

Sitat.info  xəbər verir ki, bu barədə REN telekanalı məlumat yayıb.

Məlumata görə, fırtına ölkənin bir çox bölgələrində görmə məsafəsini azaldıb. Nəcəf və Bəsrə hava limanlarında uçuşlar dayandırılıb. Nəcəfdə görmə məsafəsinin pis olması səbəbindən 5 avtomobil qəzası baş verib.

Yerli sakinlər özlərini maskalarla qalın toz buludlarından qorumağa çalışırlar. Amma maskalar da insanları boğulmadan xilas etmir, çoxsaylı insan tozdan zərər çəkib.



Xəbər xətti