Vəkillər Kollegiyasının sabiq üzvü, hüquqşünas Elçin Namazov Bosniya və Herseqovinada faciəli şəkildə ölüb.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Qeyd edək ki, E.Namazov 2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə vəkillikdən uzaqlaşdırılıb.