Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Nihad Məmmədli vəfat edib.
“Sitat.info” xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.
Tələbənin vəfat səbəbi açıqlanmayıb.
Qeyd olunur ki, N.Məmmədli AzTU-nin informasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbəsi olub.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nihad Məmmədli intihar edib. O, yaşadığı Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evdə özünü güllələyib.