Beşinci mərtəbədən yıxılan 3 yaşlı uşaq vəfat etdi

14:45 17 Aprel 2025

Azyaşlı binadan yıxılaraq ağır xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada qeydə alınıb.

2022-ci il təvəllüdlü Ö.Ağazadə yaşadıqları binanın 5-ci mərtəbəsinin eyvanında oynayarkən oradan yıxılıb.

Ağır xəsarət alan uşaq Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılır.

 *** 

Son məlumata görə, azyaşlının xəstəxanaya qədər ölümü qeydə alınıb.



Xəbər xətti