Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - Foto

16:41 17 Aprel 2025

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Sitat.info  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan Sənan Möhsümov döyüşlərin birində həlak olub.

Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüş əməliyyatlarına qoşulmuş Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini olan Hüseyn İsayev isə əks cəbhədə həlak olub.

Teleqraf.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü H. İsayev Rusiyadakı həbsxanadan müharibəyə cəlb edilibmiş. O, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş./Qafqazinfo

Fotoda: Sənan Möhsümov

Fotoda: Hüseyn İsayev



Xəbər xətti