Rusiya Çinə enerji ixracını artırır

21:45 17 Aprel 2025

Moskva və Pekin Rusiyanın enerji resurslarının Çinə tədarükünün genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Sitat.info xəbər verir ki, TASS bu barədə Rusiyanın Energetika Nazirliyinə istinadən bildirib.

Pekində Rusiyanın energetika naziri Sergey Tsivilev və Çinin Dövlət Enerji Administrasiyasının rəhbəri Van Hunçji arasında görüş keçirilib.

"Görüşün əsas mövzusu Rusiyanın enerji resurslarının Çinə tədarükünün genişləndirilməsi perspektivləri olub", - məlumatda deyilir.

İclas iştirakçıları birgə LNG layihələrinin həyata keçirilməsi və kömür ixracı imkanlarını da nəzərdən keçiriblər.



Xəbər xətti