Qətərli fotoqraf Samar Abu Elouf, İsrailin hücumu nəticəsində hər iki qolunu itirən Qəzzadan olan doqquz yaşlı Mahmud Ajjourun portretinə görə 2025-ci il Dünya Mətbuat Fotosu Mükafatını qazanıb.
Sitat.info xəbər verir ki, şəkil 141 ölkədən 59 320 əsər arasından seçilib
Hollandiyanın Haaqa şəhərində Qəzzalı uşağın portreti 2025-ci il Dünya Mətbuat Fotosu Mükafatına layiq görülüb. Qətərli fələstinli fotoqraf Samar Abu Elouf tərəfindən The New York Times üçün çəkilmiş fotoşəkildə İsrailin hücumu zamanı hər iki qolunu itirən 9 yaşlı Mahmud Ajjour əks olunub.
Fotoşəkil 141 ölkədən 3778 fotoqrafın 59320 işi arasından seçilib.
Əbu Eluf çıxışında deyib ki, Mahmudun anası oğlunun qollarının kəsildiyini anlayanda ilk dediyi şey "Mən səni necə qucaqlayacam?" sualı olub. Münsiflər heyətinin sədri Lucy Conticello, fotoşəkilin mürəkkəb bir hekayəni dərindən izah etdiyini söyləyib. Mahmud 2024-cü ilin martında ailəsi ilə birlikdə qaçarkən partlayış nəticəsində yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan sonra başlatdığı Qəzza əməliyyatı 51 mindən çox fələstinlinin ölümü, 116 min insanın isə yaralanması ilə nəticələnib. Ölənlərin yarıdan çoxunun qadın və uşaqlar olduğu bildirilib.
Tehran,
Sitat.info