Tərtərdə bir ailənin 4 üzvü zəhərlənərək ölüb

13:05 21 Aprel 2025

Tərtərdə bir ailənin 4 üzvü zəhərlənərək ölüb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.

Əslən Kəlbəcər rayonundan olan ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Ümid və Sürəyyanın yaşadıqları evdə meyitləri tapılıb.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti