Rusiya ilə ABŞ arasında aparılan danışıqlar fonunda yalan gözləntilər yaratmağa, ümidsizlik və ya eyforiyaya qapılmağa ehtiyac yoxdur.
Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin humanitar əməkdaşlıq və mədəni əlaqələr departamentinin direktoru Aleksandr Alimov belə deyib.
Onun sözlərinə görə, belə vəziyyətdə realist və praqmatik olmaq lazımdır.
Diplomat deyib: "Əslində, ümidsizliyə qapılmaq və eyforiyaya düşmək lazım deyil. Biz praqmak olmalıyıq, realist olmalıyıq, başa düşməliyik ki, Rusiya tərəfi bu danışıqları öz maraqlarını tam nəzərə almaq üstünlüyü əsasında aparır".
A.Alimovun sözlərinə görə, hazırda iş gedir, lakin bu, müəyyən zaman tələb edir. O, həmçinin əlavə edib ki, Moskva Vaşinqtonla dialoqu bərpa etmək üçün digər tərəfdaşlarını da unutmaq niyyətində deyil.