Zelenski Papanın dəfn mərasimində iştirak edə bilər

13:31 22 Aprel 2025

Ukrayna prezidenti Vladimir Zelenski Papa Fransiskin dəfn mərasimində iştirak edə bilər.

Sitat.info xəbər veir ki, bu barədə RBC-Ukrayna mənbələrə istinadən məlumat yayıb.

“Prezident ofisi -Papanın dəfn tarixini gözləyir və prezident onunla vidalaşmaq üçün Romaya səfərinə hazırlaşır"

Mətbuat Zelenskinin Papa ilə ötən ilin oktyabrında Vatikanda görüşdüyünü xatırladır.

Qeyd edək ki, bazar ertəsi, aprelin 21-də səhər saatlarında 88 yaşlı Papanın vəfat etdiyi məlum olub.

ABŞ və Fransa prezidentləri artıq I Frensiskin dəfn mərasimində iştirak edəcəklərini təsdiqləyiblər.

Türkan,

Sitat.info



Xəbər xətti