Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı: 645 nəfər saxlanıldı

14:04 25 Aprel 2025

“Narkokapan-Ankara əməliyyatı” çərçivəsində həbs edilən şübhəlilərin sayı 645-ə yüksəlib.

Ankara və Ankara Qərb Baş Prokurorluqları tərəfindən aparılan araşdırmalar çərçivəsində aprelin 17-də mərkəzi Ankara olan 14 vilayətdə narkotik ticarəti ilə məşğul olduqları müəyyən edilən şübhəlilərə qarşı eyni vaxtda əməliyyat keçirilib.

Saxlanılan şübhəlilərdən 645-i polis bölməsindəki prosedurlardan sonra sövq etdikləri sülh məhkəmələri tərəfindən həbs edilib. 34 nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

“Narkokapan-Ankara əməliyyatı” çərçivəsində ifadələrin alınması və istintaqa göndərilməsi prosesi davam edir.

Aytac,

Sitat.info 



Xəbər xətti