Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ baş verib

22:15 29 Aprel 2025

Yeni Zelandiyanın qərb sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidməti  zəlzələnin episentrinin ölkənin təxminən 286 kilometr qərbində olduğunu açıqlayıb.

Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudasının 6,2 olduğu müəyyən edilib.

İlkin məlumatlara görə, zəlzələdən sonra can və ya mal itkisi qeydə alınmayıb, sunami xəbərdarlığı edilməyib.

Aytac,

Sitat.info



Xəbər xətti