İsraildə güclü yanğın başlayıb

15:59 30 Aprel 2025

İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. Ərazideəki yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb.

AFP-nin məlumatına görə, İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib.



Xəbər xətti